EN

İranda son bir ildə edam edilən məhbusların sayı açıqlandı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2024-cü il oktyabrın 10-dan 2025-ci il oktyabrın 8-dək İran həbsxanalarında 1 537 məhbus edam edilib.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib.

Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib.

Edamların 48.3 faizi narkotik qaçaqmalçılığı, 43.5 faizi isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət Əlborz, İsfahan və Fars əyalətləri olub.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi şəxsiyyəti dəqiqləşdirilən edam edilənlərin sayı 1 106 nəfərə çatıb, onlardan 30-u qadındır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
9
oxu.az

10Sources