21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlanıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib. 

Matç rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

10 oktyabr

 

Çexiya (U-21) - Azərbaycan (U-21) 5:0

Karvina şəhər stadionu. Saat 20:00

Baş hakim: Yovan Kaçevski

Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski

Dördüncü hakim: Krumislav Gyorgiev

(Hakimlər briqadası Şimali Makedoniyadandır)