EN

ABŞ-də partlayıcı maddələr istehsalı zavodunda partlayış baş verib

Bakı. Trend:

ABŞ-nin Tennessi ştatında hərbi zavodda partlayış baş verib.

Trend-inməlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.

Partlayış Neşvildən təxminən 60 mil cənub-qərbdə, Baksnortşəhəri yaxınlığındakı "Accurate Energetic Systems" partlayıcımaddələrinin istehsalı zavodunda baş verib.

Hamfris dairəsinin şerifi Kris Devis "Accurate EnergeticSystems"də baş verən partlayışı "çox dağıdıcı" adlandırıb.Bildirilib ki, partlayış "bütün binanı əhatə edib".

Hikman dairəsinin meri Cim Beyts "ABC News"a bildirib ki, ən azı13 nəfər itkin düşüb.

Chosen
34
2
az.trend.az

4Sources