EN

DSMF sədri BSTA Bürosuna üzv, DOST Agentliyinin sədri isə Təşkilatın Komissiya rəhbəri seçilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) MalayziyanınKuala Lumpur şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda dason illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmçininDOST modeli yüksək qiymətləndirilib.

Trend bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbərverir.

Bildirilib ki, forumda səsvermə əsasında Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun(DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın ali idarəetməorqanı olan BSTA Bürosunun üzvü seçilib.

Həmçinin Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatıəsasında Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətininsədri Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili vəAraşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçünsədri seçilib.

F.Məmmədov Komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi,növbəti üçillik fəaliyyət planının hazırlanması və icrası prosesinərəhbərlik edəcək.

Xatırladaq ki, Forumda DOST Agentliyi və DSMF BSTA-nınmükafatları ilə də təltif olunublar.

160-dan çox ölkənin 330-dək qurumunu özündə birləşdirən BSTAsosial təminat sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardanbiridir.

Bu Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaqbeynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda,büdcə strategiyasının və prioritet hədəflərin müəyyən edilməsiprosesində yaxından iştirak imkanı qazandırır.

DSMF
DSMF
Chosen
13
7
az.trend.az

8Sources