AZ

ƏƏSMN in qurum rəhbərləri beynəlxalq təşkilatın rəhbər orqanlarına SEÇİLDİLƏR

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmçinin DOST modeli yüksək qiymətləndirilib. Bunun əyani göstəricisi kimi, Forumda səsvermə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın ali idarəetmə orqanı olan BSTA Bürosunun üzvü seçilib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı əsasında nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib.

F.Məmmədov komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi, növbəti üçillik fəaliyyət planının hazırlanması və icrası prosesinə rəhbərlik edəcək.Forumda DOST Agentliyi və DSMF BSTA-nın mükafatları ilə də təltif olunub.Dünyanın 160-dan çox ölkəsinin 330-dək qurumunu özündə birləşdirən BSTA sosial təminat sahəsində nüfuzlu beynəlxalq təşkilatlardandır. Ali idarəetmə orqanlarında təmsil olunmaq beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsi prosesində yaxından iştirak imkanı qazandırır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
7
bizim.media

8Mənbələr