BAKI, 10 oktyabr. TELEQRAF
Respublika Diaqnostika Mərkəzi ASC-yə yeni baş direktor seçilib.
Bu barədə teleqraf-ın sorğusuna cavab olaraq Respublika Diaqnostika Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeni baş direktor vəzifəsinə Rəşid Vəzirov seçilib.
Qeyd edək ki, Rəşid Vəzirov 2015 - 2018-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktor müavini olub. 2018 – 2025-ci illərdə isə Respublika Diaqnostika Mərkəzinin İcraçı Direktoru olub.