EN

"AFB BANK" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Finss.az - 10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"AFB BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001008591

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə Yazılışı 

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

İllik gəlirlilik faizi

13%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

 “Assist Finance İnvestisiya Şirkəti” ASC

Chosen
10
3
fins.az

9Sources