AZ

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin 5 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AFB BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001008591

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə Yazılışı 

İstiqrazların sayı: 50 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 5 000 000 manat

İllik gəlirlilik faizi: 13%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir

Tədavül müddəti:  2 il

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “Assist Finance İnvestisiya Şirkəti” ASC

Seçilən
5
3
marja.az

9Mənbələr