Bakı.Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ciil təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqlaxəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxsqismində tutulub.
İbtidai istintaq davam edir.