EN

Vəkil sorğusunun cavablandırılması üçün müddət müəyyənləşir

Qanunvericilikdə vəkil sorğusunun hüquqi əsası yaradılır.
 
Moderator.az xÉ™bÉ™r verir ki, bu mÉ™sÉ™lÉ™ Milli MÉ™clisin bugünkü iclasında müzakirÉ™ olunan “VÉ™killÉ™r vÉ™ vÉ™killik fÉ™aliyyÉ™ti haqqında” Qanunda dÉ™yiÅŸiklik edilmÉ™si barÉ™dÉ™ qanun layihÉ™sindÉ™ öz É™ksini tapıb.
 
Layihəyə əsasən, vəkil sorğusu peşəkar hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldə olunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyət hədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda cavablandırılmalı olan yazılı müraciətdir.
 
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqa qayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılması mümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadıla biləcək.
 
Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təsdiq olunmuş surəti əlavə olunacaq. Vəkil sorğusu vəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə, habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlənməklə təsdiqlənəcək.
 
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.
Chosen
15
10
moderator.az

10Sources