EN

Ağdamda avtomobildən istehlaka yararsız 92 kiloqram ət aşkarlandı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Sabir Samir oğlu Rüstəmova məxsus "Toyota Prius" markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
10
oxu.az

10Sources