Qəzza zolağında atəşkəs cümə günü yerli vaxtla saat 12:00-da qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü bildirib.
"Atəşkəs razılaşması saat 12:00-da qüvvəyə minib. Bu vaxtdan etibarən İsrail ordusunun qoşunları atəşkəs sazişinin icrasına və girovların qaytarılmasına hazırlıq məqsədilə yenilənmiş dislokasiya xətləri üzrə mövqe tutmağa başlayıblar.
İDF Cənub Komandanlığının qoşunları ərazidə yerləşdirilib və istənilən təhlükəyə qarşı mübarizəni davam etdirəcək", - məlumatda deyilir.