EN

ATU da Rəqəmsal Kitabxana istifadəyə verilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə, 10 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsallaşma işləri çərçivəsində Rəqəmsal Kitabxana istifadəyə verilib. Universitetin “Kodera” adlı LMS platformasında yerləşən Rəqəmsal Kitabxanada dünya alimlərinin və yazarların 20 mindən çox elmi və bədii əsərləri təqdim olunur.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rəqəmsal kitabxana ATU-nun fiziki (ənənəvi) kitabxanası ilə inteqrasiya olunub ki, bununla da oxucular universitet kitabxanasının rəflərində mövcud olan nəşrlərə də onlayn rejimdə baxa biləcəklər.

Rəqəmsal kitabxanada təqdim olunan elektron kitabların mütaliəsi üçün müxtəlif funksionallıq təmin edilib. Mətnin üzərində qeydlər etmək, mətnin ölçüsünü böyütmək, kitabı səsli şəkildə dinləmək, eləcə də fərqli şrift və mövzularla oxunuşu daha rahat hala gətirmək mümkündür.

Kitabların metadata dəstəyi də zəngindir - hər əsərin cildi, müəllifi, nəşr tarixi və açıq mənbələrdəki qiymətləndirmələri oxuculara təqdim olunur. Axtarış və təsnifatı asanlaşdırmaq üçün sistemdə 50-dən çox kataloq və 10-dan artıq dil dəstəyi mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
3
azertag.az

4Sources