Bakı. Trend:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "BöyükQayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərindəsağlamlıq aksiyası təşkil edib.
Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağ bölgəsində mütəmadi baş tutan beləaksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalininkompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsivə sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə keçirilir. Eynizamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik vəməlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzimövzularında maarifləndirici aksiyalar baş tutur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunundirektoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkimbriqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindənyerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçünətraflı müayinələr təşkil edilib.
Aksiyada döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüsfunksiyalarının spiroqraf vasitəsilə diaqnostik müayinələr təşkilolunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya(EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinintəhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərətibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 320-ə yaxın Xankəndi sakini müayinədənkeçiblər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin vəmüayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.