AZ

"Böyük Qayıdış" çərçivəsində Xankəndidə müayinələr təşkil edildi - FOTOLAR

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərində sağlamlıq aksiyası təşkil edib.
 
Moderator.az xəbər verir ki, Qarabağ bölgəsində mütəmadi baş tutan belə aksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə keçirilir.
 
Eyni zamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar baş tutur.
 
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün ətraflı müayinələr təşkil edilib.
 
Aksiyada döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə diaqnostik müayinələr təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
 
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 320-ə yaxın Xankəndi sakini müayinədən keçiblər.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
a group of people standing around a table with food on it
a group of women sitting around a table
a doctor examining a patient
a man and woman shooting a gun

a doctor attending to a patient

a man being examined by a woman
a group of people sitting around a table
a group of people sitting at a table with masks on
a group of people sitting at a table with masks on
 
Seçilən
6
5
moderator.az

7Mənbələr