EN

Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb (FOTO)

Xocalı. Trend:

Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Xocalırayonunun Ballıca və Təzəbinə kəndlərinə köçürüldü.

Trend-in Qarabağ bürosu xəbərverir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ballıca və Təzəbinəyə köç edənlər respublikanın müxtəlifyerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalardamüvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ballıca kəndinə 15ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə-126 nəfərköçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Növbəti
Növbəti
Növbəti
Məqalədə:
Chosen
47
3
az.trend.az

4Sources