AZ

Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə köç davam edir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Yataqxana və digər inzibati binalarda yaşayan ailələr bu gün Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə köçürülüb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Ballıca və Təzəbinəyə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdəBallıca kəndinə 15 ailə olmaqla 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə olmaqla 126 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Seçilən
34
3
teleqraf.com

4Mənbələr