EN

Filippində 7,4 bal gücündə zəlzələ olub

Filippində 7,4 bal gücündə zəlzələ olub

Filippinin Mindanao bölgəsində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar 62 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Bildirilib ki, dalğalar təkanların episentrindən təxminən 300 kilometr məsafədəki sahil bölgələrinə çata bilər.

Filippin Seysmoloji Agentliyi ölkənin orta və cənub hissəsindəki sahil şəhərlərində yaşayan sakinləri təhlükəsiz, yüksək ərazilərə çıxmağa çağırıb və təkanlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.

Hazırda dağıntı və ya insan tələfatı barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 30-da Filippinin Palompon bölgəsində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində 72 nəfər həlak olmuşdu.

Chosen
42
afn.az

1Sources