EN

İrem Derici həbsdən çıxan kimi nişanlandı - FOTO

İstanbulda Baş Prokurorluq tərəfindən başladılan narkotik əməliyyatı ilə bağlı ifadəsi alınan tanınmış türkiyəli müğənni İrem Derici bildirib ki, tutulmasaydı həmin gün DJ sevgilisi Melih Kunukçu ilə nişanı olmalıydı.

7News.Az yerli mediaya əsasən xəbər verir ki, buna baxmayaraq cütlük naşanlanıb.

Müğənni bu barədə belə deyib: "Ailələrimizə birlikdə üzüldük. Onlar bu gün üçün xüsusi hazırlaşmışdılar. Görünür, gələn həftə qonaqlıq edərik. Hər şeyə rəğmən, üzüklərimizi taxdıq, öz aramızda nişanlandıq. Ən qısa zamanda toyumuzu da edəcəyilk".

Qeyd edək ki, müğənni 2014-cü ildə prodüsser Rıza Esendemirlə evlənmişdi. Lakin bu evlilik uzun çəkməyib və İrem Derici və Rıza Esendemir 22 mart 2016-cı ildə boşanıblar.
 


 

Chosen
34
1
7news.az

2Sources