Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynaya səfər edib.
Bu barədə Lvov Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Koziytski öz “Facebook” səhifəsində məlumat verib.
Koziytski bildirib ki, Sikorski 5 oktyabr gecəsi Lvov yaxınlığındakı Lapaevka kəndində Rusiya ordusunun zərbəsi nəticəsində dinc sakinlərin həlak olduğu yeri ziyarət edib.
Qeyd edək ki, hava zərbəsi nəticəsində 5 oktyabr gecəsi Lapaevka kəndində 15 yaşlı qız da daxil olmaqla dörd nəfərlik ailə həlak olub.