EN

Sabiq "İnter"li Avstriya millisinin tarixinə düşüb

Ötən gün Avstriya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində San Marino yığmasını qəbul edib.

Apasport.az xəbər verir ki, ev sahibləri rəqibini 10:0 hesabı ilə darmadağın edib.

Matçda poker edən Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüb.

36 yaşlı hücumçu yığmanın heyətində çıxış etdiyi 128 rəsmi oyunda 45 qol vuraraq komandanın bütün dövrlər üzrə ən çox qol vuran futbolçusu olub.

Qeyd edək ki, peşəkar karyerasına “Tvente”də başlayan Arnautoviç daha sonra “İnter”, “Verder”, “Stok Siti” və “Vest Hem” kimi klublarda çıxış edib.

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçilib

Mbappe: "Azərbaycanla qarşılaşmada meydanda olmaq istəyirəm"

Bolqarıstan - Türkiyə matçının hakimi bəlli olub

La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

"Fənərbaxça"da ayrılıq

Chosen
6
2
apasport.az

3Sources