BAKI, 10 oktyabr. TELEQRAF
“Avrasiya İqtisadi Birliyinin (AİB) mövcud fəaliyyət mexanizmi bu beynəlxalq birliyin bütün üzvləri üçün faydalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB-nin Düşənbədə keçirilən sammitində deyib.
“AİB-in qapıları həmişə açıqdır. Məncə, bu, faydalıdır, iqtisadi fayda verir, daha çox bazarlar açır və əməkdaşlıq üçün daha yaxşı şərait yaradır”, - o qeyd edib.