EN

Türkiyə Qəzzada atəşkəs monitorinqinə qoşulacaq

Türkiyə Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə nəzarət edəcək “işçi qrup”a qoşulmaq niyyətindədir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İnşallah, biz Türkiyə olaraq sazişin yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda iştirak edəcəyik”, – Türkiyə prezidenti Ankarada çıxışı zamanı deyib.

O, Türkiyənin də Qəzza zolağının yenidən qurulmasına töhfə verəcəyini vurğulayıb.

Eyni zamanda, Türkiyə rəsmisi agentliyə ölkəsinin İsrail, ABŞ, Qətər və Misirlə birlikdə Qəzza zolağında harada olduğu bilinməyən girovların cəsədlərinin axtarışı üçün yaradılan birgə işçi qrupunda iştirak edəcəyini bildirib.

Reuters-in qeyd etdiyi kimi, Türkiyə rəsmisinin və Ərdoğanın eyni qrupa istinad edib-etmədiyi hələlik bəlli deyil.

Əziz Mustafa

Chosen
7
oxumeni.az

1Sources