EN

“SSRİ-ni bərpa etmək mümkün deyil, amma iqtisadi məkanı qorumaq lazımdır” - Lukaşenko

"Bu gün Sovet İttifaqının bərpasından danışmaq mümkün deyil, lakin iqtisadi məkanın qorunması vacibdir".

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib. 

“SSRİ-nin bərpası üçün kimisə təşviq etmirəm, bu, bu gün mümkün deyil. Amma iqtisadi məkanı qoruyub saxlamaq lazımdır”, - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, bu ilin yanvarında Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman mk.ru-ya müsahibəsində bildirmişdi ki, Sovet İttifaqının bir formada yenidən yaranması qaçılmazdır və bu, artıq cari ildə baş verə bilər.

Nuriyyə NATİQQIZI

Chosen
19
1
redaktor.az

2Sources