EN

Peskov: “Kiyev danışıqlardan yayınır – İstanbul prosesi dayanıb, amma..."

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev nə memorandum layihələrinə, nə də Rusiyanın təklif etdiyi üç işçi qrupuna cavab verir.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu səbəbdən İstanbul danışıqları prosesi hazırda pauzada qalıb:

"Prosess dayanıb, çünki Kiyev rejimi bizim qaldırdığımız suallara cavab vermək istəmir. Onlar nə sənəd layihəsinə, nə də üç konkret işçi qrupunun yaradılması təklifinə reaksiya göstərirlər. Biz isə hələ də sülh istiqamətində addım atmaq istəyimizi qoruyuruq - bu impuls yaşayır",
- deyə Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.

Peskov əlavə edib ki, Kiyev hər keçən gün öz danışıqlar mövqeyini daha da zəiflədir, lakin Rusiya diplomatik həll yoluna açıq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
1
olaylar.az

2Sources