EN

Milli Məclisin deputatı istefa verir

Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir. "Bakuinfo" xəbər verir ki, bu barədə o, parlamentin bugünkü iclasında bildirib. Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib. O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib. (Modern.az)

Chosen
26
4
bakuinfo.net

10Sources