AZ

İstefa verən deputatdan ilk açıqlama: “Layiq olmalıyıq”

“Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki, bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam”.

Vətəninfo.az xəbər verir ki, bunu deputat mandatından imtan edən Ramil Həsən Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında deyib.

O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib:

“Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləməyimizdən asılı olmadan ölkəmizə, millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq”.

Milli Məclisin sədri Sahibə Qafarova ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. pizza

Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.

Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.

Seçilən
17
6
veteninfo.az

10Mənbələr