EN

Çində rekord tıxac: milyardlarla avtomobil... VİDEO

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çindəki 8 günlük bayram tətilində yaranmış böyük tıxac görənləri xeyli təəccübləndirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Nəqliyyat Nazirliyinin məlumatına görə, 1- 8 oktyabr tətil dövründə ümumilikdə 2,25 milyard avtomobil səfəri həyata keçirilib. Bu da əvvəlki illə müqayisədə 6,6% artım deməkdir.

Çin Nəqliyyat Nazirliyi bayram günlərində gündəlik orta hesabla 304 milyon səyahət edildiyini açıqlayıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çoxdur.

Tətilin son günlərində milyonlarla vətəndaş öz şəhərlərinə qayıtdığı üçün magistral yollarda kilometrlərlə avtomobil növbələri yaranıb. 

Sosial şəbəkə istifadəçiləri bu mənzərəni “ölkə miqyasında kütləvi qayıdış hərəkatı” kimi şərh ediblər.

1-8 oktyabrda Çində səfərlərin statistikası aşağıdakı kimi olub:

Dəmir yolları: 153,96 milyon səfər,

Hava yolları: 19,14 milyon səfər,

Çay və dəniz marşrutları: 11,66 milyon səfər.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
olke.az

3Sources