EN

Deputat narazılıq etdi: Mənzillər buna görə bahalaşır!

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İmişlidə qum-çınqıl karxanalarının bağlanması işsizliyə və mənzil bazarında bahalaşmaya səbəb olur” .

News24.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bölgələrdə iqtisadi fəallığın azalmasına diqqət çəkərkən deyib. 

O bildirib ki, İmişli rayonunda fəaliyyət göstərən qum-çınqıl karxanalarının əksəriyyəti bağlanıb və bu, həm sosial, həm də iqtisadi problemlər yaradır.

Deputat qeyd edib ki, qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar qəbul edilsə də, onların tətbiqi prosesində bir sıra çətinliklər mövcuddur.

“İmişlidə qum-çınqıl karxanalarının çoxu fəaliyyətini dayandırıb. Bu, bölgədə işsizliyin artmasına gətirib çıxarır. Digər tərəfdən, tikinti sektorunda qum-çınqılın azalması mənzil və tikinti materiallarının qiymətinin bahalaşmasına səbəb olur,” – deyə Razi Nurullayev vurğulayıb.

Deputat əlavə edib ki, iqtisadi fəaliyyətin dayandırılması yerli sahibkarlığın zəifləməsinə və regionun sosial inkişafına mənfi təsir göstərir.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
news24.az

3Sources