EN

Deputat: Ərizə və şikayətlərə bir ay ərzində baxılması çox uzun müddətdir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ərizə və şikayətlərə bir ay ərzində baxılması çox uzun müddətdir. Bunu tənzimləmək lazımdır ki, 10-15 gün ərzində məktublar daxil edilsin".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Səyyad Aran deyib.

O bildirib ki, bu operativlik və səmərəlilik baxımından çox vacibdir:

"Camaat deyir ki, ay deputat, bir aydan çoxdur ki, məktub yazmışıq, niyə cavab vermirsən? Deyirəm ki, mənə məktub gəlməyib".

Spiker Sahibə Qafarova isə bildirib ki, iki həftə ərzində məktuba cavab verilir:

"30 gün isə araşdırma tələb ediləndə lazım olur".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
oxu.az

1Sources