EN

Filippində əhali kütləvi təxliyə olunur

Bakı. Trend:

Filippinin prezidenti Ferdinand Markos bu gün baş vermiş güclüzəlzələdən sonra sahilyanı yaşayış məntəqələrində yerləşən əhalinintəxliyə olunması ilə bağlı sərəncam verib.

Trend xəbər verirki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumatyayıb.

“Mən təbii fəlakətlərdən yaranan təhlükələrin azaldılması vəaradan qaldırılması üzrə Milli Şuraya, mülki müdafiə idarəsinə,silahlı qüvvələrə, Filippin sahil mühafizəsinə və prosesə cəlbolunan bütün qurumlara dərhal sahilyanı ərazilərdə təxliyəaparmağı, təcili rabitə xətlərini aktivləşdirməyi və yerlihakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməyi tapşırmışam”, – deyəo bildirib və vətəndaşlara sunami təhlükəsiz ləğv edilənədək hündüryerlərdə qalmağı, sahildən uzaq durmağı tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 10-da Filippin sahillərində 7,4 balgücündə zəlzələ baş verib. Bunun fonunda Filippin və İndoneziyasahillərində sunami təhlükəsi elan olunub.

Məqalədə:
Chosen
28
az.trend.az

1Sources