Bu gün Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 10.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.