EN

Sən Zaurlar arasında ən sonuncususan Tolikdən Zaur Nəbioğluna cavab

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən!"

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev həmkarı Zaur Nəbioğlunun ünvanına deyib.

Buna səbəb isə Zaurun Tarix Əliyevi onu təkrarlamaqda ittiham etməsi olub.

Tarix Əliyev aparıcısı olduğu verilişdə Zaura cavab verib:

"Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən, Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən! Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bu günə qədər sənə böyük jestlərim olub. heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib mənə burda verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülər ilə sübut tsən, səndən üzr istəyəcəyəm. 

Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə, hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz. Sözümü də açıq-aşkar deyirəm. Mən həmişə odun üstünə su tökmüşəm. Sənin verilişinə gələn müənnilər danışılan səhvləri gəlib burda düzəldirlər".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
2
azxeber.com

3Sources