“Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən!”
NOCOMMENT.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev həmkarı Zaur Nəbioğluya cavab olaraq deyib.
“Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bu günə qədər sənə böyük jestlərim olub, heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib mənə burda verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülər ilə sübut etsən, səndən üzr istəyəcəyəm.
Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə, hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz”.
Xatırladaq ki, Zaur Nəbioğlu Tarix Əliyevi onun verilişini təkrarlamaqda, və mövzularını oğurlamaqda ittiham etmişdi.
Ətraflı videoda: