Hurriyyet.az xəbər verir ki, "NBC News" kanalının iki amerikalı məmura istinadla verdiyi məlumata görə, ABŞ Qəzzada atəşkəsə nəzarət etmək üçün İsrailə 200 əsgər göndərməyi planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, ABŞ hərbçiləri logistika, nəqliyyat, mühəndislik və planlaşdırma sahələrində köməklik göstərəcək. Mənbələrdən biri deyib: "Onlar Qəzzada olmayacaqlar. Qəzza torpağına bir nəfər də olsun, Amerika əsgərinin ayağı dəyməyəcək".
Hürr Tərcüman