EN

U-21 millimiz Çexiya ilə üz-üzə

Bu gün U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşacaq.

Karvina şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Yovan Kaçevski olacaq.

Xatırladaq ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ
10 oktyabr
Çexiya U-21 - Azərbaycan U-21

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
10 oktyabr. Karvina şəhər stadionu. Saat 20.00.

22.30. Portuqaliya - Bolqarıstan

9 oktyabr
Şotlandiya - Cəbəllütariq - 12:0

Chosen
20
2
football-plus.az

3Sources