AZ

U 21 millimiz Çexiya ilə üz üzə

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxacaq.

QOL.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşacaq.

Karvina şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Yovan Kaçevski olacaq.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ

10 oktyabr

20:00. Çexiya U-21 - Azərbaycan U-21

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Karvina şəhər stadionu

22:30. Portuqaliya - Bolqarıstan

9 oktyabr

Şotlandiya - Cəbəllütariq - 12:0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
qol.az

3Mənbələr