EN

Salyanda talvar yandı

Ajans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 530 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu, talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan 8 ton taxıl yanıb.

"Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - qurumdan əlavə olunub.

Chosen
28
7
Ajans.az

10Sources