EN

Bakının bu ərazisində qaz olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.



Chosen
76
46
news24.az

10Sources