EN

Peru Konqresi Prezident Dina Boluarteyə impiçment elan edilməsi üçün səs verib

Peru Konqresi ölkədəki təhlükəsizlik sahəsindəki böhran səbəbilə prezident Dina Boluarteyə impiçment elan edilməsi üçün səs verib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Məlumata görə, qərar yekdilliklə qəbul edilib. “Respublika prezidentini vəzifədən uzaqlaşdıran qətnamə təsdiqlənib”, – deyə sədrlik edən Xose Xeri bildirib.

O, hakimiyyət varisliyi sırasına görə, növbəti şəxs sayılır.

Chosen
73
4
apa.az

6Sources