EN

DÇ-2026-ya vəsiqə komandaların sayı 20-yə çatdı

BAKI. 10 oktyabr, TELEQRAF

DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Teleqraf xəbər verir ki, Əlcəzair millisi Afrika zonası üzrə seçmə məhələnin 9-cu turu çərçivəsində Somaliyə 3:0 hesabı ilə qalib gəlməklə vəsiqəni rəsmiləşdirib.

Sözügedən komanda G qrupunda sona 1 tur qalmış xallarının sayını 22-yə çatdırıb və ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayıb.

Bununla da DÇ-2026-da iştirakı rəsmiləşən milli komandaların sayı 20-yə çatıb. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi kimi mundiala vəsiqə qazanıblar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. DÇ-2026-da tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.

Chosen
20
6
teleqraf.com

10Sources