Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün saat 12:00-da Təzəpir məscidində keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.
09:33
***
Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.