EN

Nikol Paşinyan Emoməli Rəhmonla görüşdü

BAKI, 10 oktyabr. TELEQRAF

Tacikistan Prezidenti Emoməli Rəhmon MDB ölkələri dövlət başçılarının Şurasının iclası çərçivəsində Düşənbədə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər ticarətin, yaşıl enerjinin, sənayenin, parlamentlərarası dialoqun, mədəniyyətin, təhsilin və gənclər siyasətinin inkişafını müzakirə ediblər.

Emoməli Rəhmon görüş zamanı vurğulayıb: “Biz Ermənistanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm veririk və onun bütün sahələrdə inkişafında maraqlıyıq.”

Chosen
42
teleqraf.com

1Sources