EN

Toyda tanışı tərəfindən bıçaqlandı, öldü

Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.

KONKRET.az xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.

Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
14
konkret.az

10Sources