EN

“Dövlət çevrilişi xaricdən planlaşdırılmışdı” - Papuaşvili

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə baş verən 4 oktyabr hadisələrinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, bu barədə parlamentari “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, həmin gün ölkədə dövlət çevrilişi xaricdən planlaşdırılıb və maliyyələşdirilib:

“4 oktyabrda dövlət çevrilişi xaricdən planlaşdırılıb, maliyyələşdirilib və təşkil olunub. Hadisəni yerli radikallar həyata keçirib, xarici təşkilatçılara məsuliyyətdən yayınmaq imkanı yaradılıb”.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən sonra paytaxt Tbilisidə iğtişaşlar baş vermişdi.

Chosen
26
3
moderator.az

5Sources