EN

5 il “Qarabağ”da oynayan: “Kaş, orada olardım” deyib, təəssüflənmirəm”

“Qarabağ”ın əldə etdiyi nəticələr hər birimizi sevindirir.

Bir azərbaycanlı kimi qazanılan uğurlara sevinirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin və “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli deyib.

27 yaşlı futbolçu 2018-2023-cü illər aralığında “Qarabağ”ın sıralarında olsa da, “köhlən atlar” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməmişdi.

Taleyin ironiyasına bax ki, İbrahimli hazırda “Zirə”də, “Qarabağ” isə Çempionlar Liqasının Liqa mərhələsindədir.

Görəsən, İsmayıl keçmiş komandasının məlum uğurunu görəndə bu gün orada olmamasına görə təəssüflənib? Ardıcıl qələbələrə şahidlik edəndə, özünə “mən niyə orada yoxam?” sualını verir?

Özündən eşidək:

“Dediyim kimi, “Qarabağ”ın uğurlarına sevinirəm. Lakin “kaş, orada olardım” deyib, təəssüflənmirəm. Xeyirlisi nədirsə, elə də olmalıdır.

Əlbəttə, Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusu, istəyidir. Mənə qismət olmayıbsa, bunu problemə çevirmirəm”.

İsmayıl İbrahimli “Qarabağ” formasında bütün yarışlarda meydana çıxdığı 108 oyunda 7 qol vurub, 10 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
9
sportinfo.az

1Sources