EN

Seneqalda aləm qarışdı Qalatasaray ın futbolçusu yalan danışıb?

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Türkiyə futbolunda maraqlı hadisələrdən biri yaşanıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi İsmael Yakobs zədəli olduğunu bildirərək Seneqal yığmasının heyətinə qatılmayıb.

Futbolçu ölkəsinin millisinin düşərgəsinə getməsə də, sevgilisi ilə birlikdə Dubaya tətilə yollanıb.

Seneqal Futbol Federasiyası isə Yakobsun zədəli olduğuna inanmır. Federasiya milli komandanın tibbi heyətinin İsmaeli yenidən müayinə etməsini istəyib.

Hazırda futbolçu ilə federasiya arasında danışıqlar davam edir. Zədəli olduğu təsdiqlənməsə, sol cinah müdafiəçisi milli komandadan müddətsiz olaraq uzaqlaşdırılma təhlükəsi ilə üz-üzə qalacaq.

Kamil Xudiyev

AbunÉ™ Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
fanat.az

1Sources