EN

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçilib

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Milan"da çıxış edən Kristian Pulişiç ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

ABŞ millisinin üzvü olan 27 yaşlı vinger azarkeşlər arasında keçirilən sorğuda Federiko Başirotto ("Kremoneze"), Kevin De Bruyne ("Napoli"), Federiko Dimarko ("İnter"), Nikola Krstoviç ("Atalanta") və Rikardo Orsolinini ("Bolonya") geridə qoyub.

Qeyd edək ki, Kristian Pulişiç ötən ay A Seriyasında meydana çıxdığı 3 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Frenki de Yonq “Barselona” ilə yeni müqaviləyə razılıq verib

“Yuventus” Kenan Yıldızla anlaşmaqda çətinlik çəkir

Yılmaz Vural bu klubdan da ayrıldı

Keyn millinin oyunlarında iştirak etməyəcək - Səbəb

“Boka Xuniors”un baş məşqçisi vəfat edib

Chosen
24
1
apasport.az

3Sources