AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.
Görüş zamanı səfirə millimizin forması hədiyyə olunub.