EN

Cahangir Fərəcullayev və Sərxan Hacıyev Parisdə Azərbaycan səfiri ilə görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.

Görüş zamanı səfirə millimizin forması hədiyyə olunub.

Chosen
20
9
football-plus.az

10Sources